Nazir daha bir polkovniki işdən çıxarıb
13
avq
2019
16:39
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsində daha bir islahata imza atıb.BAKU.WS "avtosfer.az"a istinadən xəbər verir ki, nazirin əmri ilə Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini, polkovnik Müşfiq Rəhimov tutduğu vəzifədən azad edilib. Onun yerinə hələ ki, təyinat olmayıb.Qeyd edək ki, Müşfiq Rəhimovdan əvvəl onun rəisi, polkovnik Mübariz Şahbazov da işdən çıxarılıb. Mübariz Şahbazov Qİİ-nin rəisi olmaqla yanaşı həm də Baş DYP İdarəsinin rəis müavini idi. Onun yerinə Texniki Şöbənin rəisi, polkovnik-leytenant İlham Rəcəbov təyin edilib.
Oxşar xəbərlər
Vilayət Eyvazov rəis müavinini işdən çıxardı
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Mübariz Şahbazov tutdugu vəzifədən az...