Ramil Usubov rəis müavinlərini işdən çıxardı

Ramil Usubov rəis müavinlərini işdən çıxardı
Siyasət 1592
Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavinləri işdən çıxarılılb."Report"un Qarabağ bürosunun xəbərinə görə, şəxsi heyətlə iş üzrə köməkçi, rəis müavini polis polkovnik-leytenantı Ərşad Əhmədov, xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov, şöbənin cinayət axtarış bölməsinin rəisi, polis mayoru Anar Hüseynov və şöbənin kadrlar üzrə baş inspektoru, baş leytenant Firudin Ağayev tutduqları vəzifədən azad ediliblər. İşdən çıxan rəis müavinləri və bölmə rəisi vəzifələrinə hələlik təyinat yoxdur.Xatırladaq ki, bir müddət əvvəl daxili işlər naziri Ramil Usubovun əmri ilə Elçin Qasımov Tərtər RPŞ-yə rəis təyin olunub.BAKU.WS

Oxşar xəbərlər

Ramil Usubovdan YENİ TƏYİNAT

Ramil Usubovdan YENİ TƏYİNAT

Daxili işlər orqanlarında yeni təyinat olub.BAKU.WS “report”a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafi...

2981 Siyasət 13:20 03 noyabr 2018

Son xəbərlər