Ramil Usubov məşhur generalın qohumunu işdən çıxardı

Ramil Usubov məşhur generalın qohumunu işdən çıxardı
Hadisə 3356
Binəqədi rayon 4-cü polis bölməsinin rəisi Etibar Balakişiyev Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə tutduğu vəzifədən azad olunub. BAKU.WS “bakupost.az”a istinadən xəbər verir ki, onun yerinə Nəsimi rayon 20-ci polis bölməsinin rəisi Rahib Mirzəyev təyin edilib. Qeyd edək ki, işdən azad olunan Etibar Balakişiyev uzun illər Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi işləmiş mərhum general Rasim Musayevin yaxın qohumudur. Onu da bildirək ki, E.Balakişiyevin yerinə rəis təyin edilən Rahib Mirzəyev də başqa bir generalın qohumudur. R.Mirzəyev Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin doğma qardaşıdır.O, ötən ilin oktyabrında 19-cu polis bölməsindən 20-ci polis bölməsinə rəis göndərilmişdi.

Oxşar xəbərlər

Ramil Usubov rəisi işdən çıxardı

Ramil Usubov rəisi işdən çıxardı

Zərdab rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Rəşad Xəlilov vəzifəsindən azad edilib.BAKU.WS "report"a istinadən xəbər verir ki, daxili işlər...

1068 Hadisə 10:00 29 mart 2019

Son xəbərlər