Narın bilinməyən faydaları
Nar, çiyələk və qozda olan bir maddə yaddaşı yaxşılaşdıra və Altsheymer xəstəliyinin müalicəsinə kömək edə bilər.
BAKU.WS-in xəbərinə görə, bunu "Alzheimer's & Dementia" jurnalında dərc olunan araşdırma göstərib.
Beyində sinir hüceyrələrinin itirilməsi ilə əlaqəli bir çox xəstəlik mitokondrial disfunksiya ilə xarakterizə olunur, buna mitofagiya da deyilir.
Buna görə beyin zədələnmiş mitoxondriləri, hüceyrə enerjisinin istehsalına cavabdeh olan strukturları təmizləməkdə çətinlik çəkir.
Bu tullantıların beyində toplanması onun fəaliyyətinin pozulmasına gətirib çıxarır.
Nikotinamid ribozid (pəhriz əlavəsi) əvvəllər Parkinson və Altseymer xəstəlikləri də daxil olmaqla beyindən zədələnmiş mitoxondrilərin çıxarılmasını yaxşılaşdırdığı göstərilib.
Siçanlar üzərində apardıqları yeni araşdırmada alimlər urolitin A maddəsinin heç də az təsirli olmadığını aşkar ediblər. Heyvanlarda yaddaş itkisini və Altseymer xəstəliyinin digər simptomlarını yüngülləşdirib.
Urolitin A narda olur. Elm adamları açıq bir qoruyucu təsir üçün hansı dozaların lazım olduğunu bilmirlər.
Planlaşdırılan insan sınaqları dozanı dəqiqləşdirə biləcək, lakin elm adamları bunun gündə birdən çox nar yemək tələb etdiyini irəli sürürlər.
Urolithin A pəhriz əlavələri kimi də mövcuddur, lakin onların təhlükəsizliyini sübut etmək üçün daha çox araşdırma tələb olunur.
Oxşar xəbərlər
Çiyələk yeməyin vacib səbəbləri - FOTO
May ayından bəri görkəmi ilə piştaxtaları bəzəyən və qoxusu ilə hər yaşdan bir çox insanın yeməkdən çəkinə bilmədiyi çiyələyin bir çox faydaları var. Yaz və yay...