Mingəçevirdə Kür çayında hərəkətdə olan qayıq restorana çırpıldı
Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində hərəkətdə olan qayıq restorana çırpılıb.
Baku TV-nin məlumatına görə, hadisənin səbəblərini müəyyənləşdirmək məqsədilə ərazidə olan sakinlərlə söhbət aparılıb. Onlar qəzanın ehtiyatsızlıq və ya qayığın yüksək sürətlə idarə olunması səbəbindən baş verə biləcəyini bildiriblər.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin regional bölməsinə müraciət olunub. Qurumdan bildirilib ki, qəza ilə bağlı araşdırma aparılır.
Məsələ ilə bağlı ərazi üzrə polis orqanında da təhqiqat davam etdirilir.
Oxşar xəbərlər
Güclü yağış və sel suları nəticəsində zərər görmüş yol infrastrukturunda bərpa işləri davam etdirilir
Bu ilin mart –aprel aylarında bir sıra şəhər və rayonlarımızda baş vermiş güclü leysan yağışları və sel suları nəticəsində yol infrastrukturuna dəymiş ziyanın a...