Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar
Yeniliklərdən dərhal xəbərdar olun
Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükəli olduğu müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Dəyişikliyə əsasən, insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qaydalarına uyğun olaraq həyata keçirilir.
Dövlət başçısı "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 500-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman da imzalayıb.
Fərmana görə, yeni qanunda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum dedikdə Nazirlər Kabineti nəzərdə tutulur.
Oxşar xəbərlər
537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib. Bu barədə BAKU.WS-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Age...