Metronun ötən gün açılışı olan "Sahil" stansiyasında problem yaranıb

Metronun ötən gün açılışı olan Sahil stansiyasında problem yaranıb
Sosial 5189
Metronun ötən gün açılışı olan "Sahil" stansiyasında eskalatorların fəaliyyətində fasilə yaranıb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, gün ərzində bir neçə dəfə enən eskalatorların hərəkəti dayanıb."Bakı Metropoliteni"QSC-nin mətbuat xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Bəxtiyar Məmmədov "Report"a açıqlamasında bildirib ki, hadisə səhər saatlarında baş verib:"Səhər saat 10 radələrində "Sahil" stansiyasındakı 3 və 4 saylı (enən) eskalatorlarda 3 dəfə hadisə baş verib. Bu səbəbdən də eskalatorların avtobloklanması baş verib. Hər dəfə fasilə 30-40 saniyə çəkib. Yeni eskalatorların fəaliyyəti tam avtomatlaşdırıldığı üçün avtobloklanmanın olması normaldır".B.Məmmədov deyib ki, hadisənin səbəbləri araşdırılacaq:"Bu gecə həmin hadisənin başvermə səbəbləri araşdırılacaq və tam aradan qaldırılacaq".Qeyd edək ki, "Sahil" stansiyası 2017-ci ilin avqustun 21-də metronun təmirə bağlanıb. Ötən gün isə Azərbaycan Prezidenti İlham Əliyev metronun bu stansiyasının təmir və yenidənqurmadan sonra açılışını edib.BAKU.WS

Oxşar xəbərlər

“Sahil” stansiyasının təmirdən sonrakı görüntüləri (FOTO, VİDEO)

“Sahil” stansiyasının təmirdən sonrakı görüntüləri (FOTO, VİDEO)

İyunun 7-də “Bakı Metropoliteni”nin “Sahil” stansiyası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.BAKU.WS xəbər verir ki, stansiyanın açılışı ilə...

8222 Sosial 14:37 07 iyun 2018

Son xəbərlər