“Sahil” stansiyasının təmirdən sonrakı görüntüləri (FOTO, VİDEO)

“Sahil” stansiyasının təmirdən sonrakı görüntüləri (FOTO, VİDEO)
Video
Sosial 8212
İyunun 7-də “Bakı Metropoliteni”nin “Sahil” stansiyası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.BAKU.WS xəbər verir ki, stansiyanın açılışı ilə bağlı tədbir keçirilib. Tədbirdə "Bakı Metropoliteni" ASC-nin sədrinin müavini Hidayət Məmmədov çıxış edib. O, bildirib ki, 967-ci il noyabrın 6-da Bakı Metropoliteninin istifadəyə verilən ilk 5 stansiyasından biri olan "Sahil" stansiyasının eskalatorları 50 illik istismar müddətini başa vurmuşdu:"Bunun üçün bir giriş-çıxışı olan stansiyanın bağlanması və sərnişindaşıma prosesindən təcrid olunması qaçılmaz idi. Təmir müddətində stansiyada quraşdırılmış "LT-3" tipli 3 eskalator sökülərək, yerində Almaniyanın "ThyssenKrupp Fahrtreppe" şirkətinin istehsalı olan "Viktoriya" tipli 4 eskalator quraşdırılıb. Eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiya əsaslı təmir olunub. Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənib. Eyni zamanda, bir problem yaranarsa, sərnişinlərin təxliyəsində də eskalatorların çoxluğu köməklik göstərəcək".Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

"Xətai" stansiyası təmirə bağlanır

"Xətai" stansiyası təmirə bağlanır

"Bakı Metropoliteni" QSC-nin "Xətai" stansiyası oktyabr ayının sonu, noyabr ayının əvvəli təmirə bağlanacaq.Bu sözləri BAKU.WS-ə açıqlamasında "Bakı Metropolite...

1003 Sosial 12:29 07 iyun 2018

Son xəbərlər