“Sahil” metrosu bu gündən bağlandı: stansiya 1 il işləməyəcək

“Sahil” metrosu bu gündən bağlandı: stansiya 1 il işləməyəcək
Sosial 4000
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, təmir müddətində stansiyada quraşdırılmış "LT-3" tipli 3 eskalator sökülərək, yerində Almaniyanın "ThyssenKrupp Fahrtreppe" şirkətinin "Viktoriya" tipli 4 eskalatoru quraşdırılacaq."Sahil" stansiyasında quraşdırılacaq eskalator əvvəlkilərdən bir çox üstünlükləri ilə fərqlənəcək.Məlumata görə, eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması da nəzərdə tutulub. Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənəcək.Qeyd edilənləri nəzərə alaraq, “Bakı Metropoliteni” QSC sərnişinlərin diqqətinə çatdırır ki, avqustun 20-dən etibarən qatarlar "Sahil" stansiyasında dayanmadan "İçərişəhər" və əks istiqamətdə hərəkət edəcək. Təmir işlərinin 2018-ci ilin iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur.BAKU.WS

Oxşar xəbərlər

Bakı metrosunun bu stansiyası 1 illik bağlanır - RƏSMİ

Bakı metrosunun bu stansiyası 1 illik bağlanır - RƏSMİ

Bakı Metropolitenin 1967-ci ildə istismara verilmiş ilk 5 stansiyasından biri olan "Sahil" stansiyasında eskalatorların istismar müddəti başa çatıb və onların y...

1498 Sosial 10:11 10 avqust 2017

Son xəbərlər