Metronun bu stansiyası təmirə bağlanır

28
dek
2017
10:43
"Bakı Metropoliteni" QSC-nin "Xətai" stansiyası 2018-ci ildə təmirə bağlanacaq.BAKU.WS-in məlumatına görə, bu barədə “Report”a açıqlamasında metropolitenin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.O xatırladıb ki, "Xətai" stansiyası 1968-ci ildə istifadəyə verilib: "Stansiyada olan ekskalatorlar da 1968-ci ildə quraşdırılıb. Yəni, gələn il həmin eskalatoralr 50 illik istismar müddətini başa vurur. Biz də planlaşdırırıq ki, 2018-ci ildə "Xətai" stansiyasını təmirə bağlayaq".N.Paşayev bildirib ki, hazırda "Sahil" satansyasında təmir işləri davam etdirilir: "Böyük ehtimalla "Sahil" stansiyası yayda istifadəyə verildikdən sonra "Xətai" stansiyasını təmirə saxlaya bilərik".BAKU.WS

Oxşar xəbərlər
“Sahil” stansiyası ilə bağlı şayiələrə son qoyuldu
2017-ci ilin avqust ayından təmirə dayandırılan metronun “Sahil” stansiyası ilə bağlı iki iddia səsləndirilir. Versiyaların birinə görə, stansiya bir daha açılm...