Sərnişinlərə şad xəbər: "Dərnəgül" metrostansiyası ilə "Koroğlu" birləşdirilir

Sərnişinlərə şad xəbər: Dərnəgül metrostansiyası ilə Koroğlu birləşdirilir
Sosial 4983

 

Bakı Metropoliteni yeni inkişaf mərhələsinə qədəm qoyur.

Sərnişinlərin daha rahat daşınmasını təmin etmək üçün 2011-ci ildə prezidentin təsdiq etdiyi Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxeminə əsasən Dərnəgül stansiyası ilə Koroğlu arasında 2 stansiya tikiləcək. 

Bundan əlavə, 1 stansiya isə Koroğlu ilə keçid stansiyası olacaq. 

Bu stansiyalar da gələcəkdə dairəvi olacaq Yaşıl xəttin davamıdır.

Xatırladaq ki, Yaşıl xəttin digər tərəfi olan Xətai stansiyasından tikilməkdə olan Həzi Aslanov-2 stansiyasına qədər Nobel prospekti boyunca da 3 stansiya tikiləcək.

Hazırda 25 olan stansiyaların sayı 2030-cu ilə qədər həmin plana əsasən 76-ya çatdırılmalıdır. 

Hazırda Bənövşəyi xəttin Avtovağzal və Memar Əcəmi stansiyalarının davamı olan və şərti adı B3 olan stansiyası da tikilməkdədir. Hərbi Hospitalın qarşısında, Ceyhun Səlimov küçəsində tikilən stansiyanın 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Həmçinin gələcəkdə Günəşli, Qaraçuxur, Bakıxanov istiqamətində də stansiyaların tikilməsi nəzərdə tutulur.

Mənbə: atv.az

BAKU.WS

Oxşar xəbərlər

Bakıda yeni metro stansiyası tikiləcək - FOTO

Bakıda yeni metro stansiyası tikiləcək - FOTO

Bakı Ağ Şəhər ərazisində metro stansiyası tikiləcək. Prezident İlham Əliyev tərəfindən 2011-ci ildə təsdiqlənən Bakı Metropoliteninin Perspektiv İnkişaf Planın...

2437 Sosial 20:01 21 sentyabr 2016

Son xəbərlər