“Sahil” metrostansiyasının açılacağı dəqiq tarix məlum oldu

“Sahil” metrostansiyasının açılacağı dəqiq tarix məlum oldu
Sosial 4896
Metronun ən çox istifadə edilən stansiyalarından biri olan “Sahil” uzun müddətdir ki, təmirə bağlanıb. Sözügedən stansiyanın nə vaxt açılacağı isə sərnişinləri maraqlandıran əsas suallardan biridir.Suala cavab tapmaq üçün BAKU.WS “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə əlaqə saxlayıb. N.Paşayev bildirib ki, hazırda həmin istiqamətdə gedən işlər artıq yarıya çatıb. “Sahil” metro stansiyasının ən geci iyul ayının 1-nə qədər təmir edilməsi, daha sonra isə sərnişinlərin ixtiyarına verilməsi nəzərdə tutulub.Metropoliten rəsmisi həmçinin “Xətai” stansiyasının təmirə bağlanılması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. O qeyd edib ki, bu barədə hələ rəsmi qərar verilməyib.Hicranə İsmayılovaBAKU.WS

Oxşar xəbərlər

"Sahil" metrosu açılır, "Xətai" bağlanır

"Sahil" metrosu açılır, "Xətai" bağlanır

“Sahil” stansiyasının təmirdən çıxacağı gün bəlli olub. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev BA...

7790 Sosial 17:21 26 fevral 2018

Son xəbərlər