Məscidlərdə vakant vəzifələr üzrə müsahibənin vaxtı və yeri bəlli oldu
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən keçiriləcək İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə avqust ayının 2-dən etibarən başlayacaq.
BAKU.WS komitəyə istinadən xəbər verir ki, Azərbaycanda İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün bu il 24 may - 24 iyun tarixlərində sənəd qəbulu aparılıb. 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb.
Müsahibə Azərbaycan İlahiyyat İnstitutunun binasında (Bakı şəhəri, Məhəmməd Naxçıvani 29) təşkil ediləcək. Qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat veriləcək.
Müsahibə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaratdığı komissiya tərəfindən aparılır. Hər bir namizəddən ona bildirilmiş vaxtda müsahibə keçiriləcək ünvana gəlməsi xahiş olunur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...