Məhsulların orijinal və ya saxta olduğunu necə bilək?

Məhsulların orijinal və ya saxta olduğunu necə bilək?
Video
Sosial 31

Sosial şəbəkələrdə yayılan görüntülərdə müştəri bildirir ki, 65 manata "A klass" adı ilə aldığı çantanın çox qısa zamanda rəngi gedib. "A klass" adlanan məhsullar keyfiyyət cəhətdən orijinala ən yaxın hesab olunur.

BAKU.WS xəbər verir ki bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Bəs alıcılar orijinal məhsulu saxtadan necə ayıra bilərlər?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu cür şikayətlər, əsasən, çox baha qiymətə alınan çanta və ya geyimlə bağlıdır. Ən çox rast gəlinən problem isə onların rəng verməsidir:

"Bu, artıq onun "A klass" olmadığının sübutudur. Bu məsələlərə isə gömrük orqanlarında lazımi nəzarət olunmur. Onlar, sadəcə, sənədlərə baxıb malları əmtəə bazarına göndərirlər. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna görə, istehlakçının hüququ var ki, malların mənşə sənədlərinə baxsın. Təəssüf ki, 80% satış nöqtələrində bu sənədlər olmur və bu da istehlakçıların aldadılmasına səbəb olur".

Mütəxəssislər bildirirlər ki, orijinal məhsulların özünəməxsus qablaşdırması, seriya nömrəsi və keyfiyyət standartları mövcuddur. Aldanmamaq üçün rəsmi mağazalara müraciət etmək məsləhətdir.

Son xəbərlər