Mehriban Xanlarova DİN-ə müraciət etdi
Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o şəxsi instaqram hesabında aparıcı ARB TV-də yayımlanan "Günə Uğurla" verilişinin aparıcısı Yalçın Uğurla bağlı post paylaşıb.
Xanlarova onu icazəsi olmadan ailə həyatını əhatə edən məlumatları efirdə müzakirə mövzusuna çevriməkdə ittiham edib.
Aktrisa instaqramda bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb:
"Hörmətli cənab Nazir,
ARB Televiziya kanalında yayımlanan "Günə Uğurla" adlı verilişdə, aparıcı Yalçın Uğur tərəfindən mənim icazəm və razılığım olmadan ailə həyatımı əhatə edən məlumatlar efirə çıxarılmış, müzakirə mövzusuna çevrilmişdir.
Qeyd olunan yayım, ailə həyatına hörmət hüququmu kobud şəkildə pozmuş, həm mənim, həm də ailə üzvlərimin mənəvi rahatlığına ciddi mənada zərər vurmuşdur.
Mövcud qanunvericiliyə əsasən media qurumlarının şəxsi həyat barəsində məlumatları maraqlı tərəfin yazılı və yaxud açıq razılığı olmadan ictimailəşdirməsi qəti şəkildə qadağandır.Bu səbəbdən, məsələ ilə bağlı: göstərilən hüquq pozuntusunun araşdırılmasını, ARB televiziyasının və veriliş aparıcısının məsuliyyətə cəlb olunmasını, gələcəkdə bu kimi halların təkrarlanmaması üçün hüquqi tədbirlərin görülməsini xahiş edirəm. Ailəmin və şəxsi həyatımın reytinq məqsədilə müzakirə predmetinə çevrilməsi qəbuledilməzdir və mən bu məsələnin hüquqi müstəvidə izləyicisi olacağam".
Oxşar xəbərlər
"Global Media Group"un nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyində görüş keçirib
"Global Media Group"un nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyində görüş keçirib. BAKU.WS xəbər verir ki, görüş bir gün əvvəl Astana şəhərində "Xa...