MEDİA jurnalistlərə çağırış edib
Yeniliklərdən dərhal xəbərdar olun
"Jurnalistləri Media Reyestrinə müraciət etmədən öncə işlədiyi və ya əməkdaşlıq etdiyi media subyektinin Media Reyestrinə daxil olub-olmadığını dəqiqləşdirməyə çağırırıq".
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Medianın İnkişafı Agentliyinin mətbuat katibi Səidə Şəfiyeva deyib.
O bildirib ki, məqsəd Media Reyestrinə müraciət prosedurunu asanlaşdırmaqdır:
"Çünki "Media Haqqında" qanunun və Media Reyestrinin aparılması qaydalarının tələblərinə uyğun olaraq jurnalistlərin Media Reyestrinə daxil olmasından ötrü vacib şərtlərdən biri çalışdığı media subyektinin Media Reyestrinə daxil olmasıdır. Yəni həmin media subyektinin Media Reyestri şəhadətnaməsini əldə etməlidir".
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...