Lütfi Zadə Bakıda torpağa tapşırıldı (VİDEO, FOTO)

Lütfi Zadə Bakıda torpağa tapşırıldı (VİDEO, FOTO)
Video
Sosial 1569
Dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadə I Fəxri Xiyabanda dəfn edilib. BAKU.WS-in məlumatına görə, dəfn mərasimində ölkənin bir sıra ictimai-siyasi xadimləri, nazirləri və digər dövlət rəsmiləri iştirak ediblər. Daha əvvəl isə Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında Lütfi Zadə ilə vida mərasimi keçirilib.. mərasimdə prezident İlham Əliyev, dövlət və hökumət rəsmiləri, elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə alimin həyat və fəaliyyəti haqqında videoçarx nümayiş olunub. Qeyd edək ki, cənazəsi bu gecə ABŞ-ın San Fransisko şəhərindən Bakıya gətirilən mərhum alimin cənazə namazı qılınıb. Lütfi Zadə 2017-ci il sentyabrın 6-da ABŞ-da ömrünün 97-ci ilində vəfat edib.BAKU.WS

Oxşar xəbərlər

Görkəmli alim Lütfi Zadənin cənazəsi dəfn edilməsi üçün vətənə gətirildi (VİDEO)

Görkəmli alim Lütfi Zadənin cənazəsi dəfn edilməsi üçün vətənə gətirildi (VİDEO)

Dünya şöhrətli azərbaycanlı alim, professor Lütfi Zadənin cənazəsi Bakıya gətirilib.APA TV-nin məlumatına görə, alimin cənazəsini gətirən təyyarə gecə saat 01:0...

3373 Video 09:24 29 sentyabr 2017

Son xəbərlər