Lütfi Zadə gələn həftə dəfn olunacaq

Lütfi Zadə gələn həftə dəfn olunacaq
Hadisə 2173
Sentyabrın 6-da Amerikada dünyasını dəyişən görkəmli azərbaycanlı alim Lütfi Zadənin cənazəsi gələn həftə Bakıya gətiriləcək.BAKU.WS xəbər verir ki, bu barədə AzVision.az-a Lütfi Zadə ailəsinin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova məlumat verib.“Cənazə gələn həftə Bakıya göndəriləcək. Hazırda bir az ləngimə var” – deyən Ş.Şahbazovanın sözlərinə görə, Lütfi Zadənin cənazəsi I Fəxri Xiyabanda torpağa tapşırılacaq.Artıq Lütfi Zadənin məzarı qazılıb. Ş.Şahbazova vurğulayıb ki, dəfndən öncə Lütfi Zadə ilə rəsmi şəkildə vida mərasimi keçiriləcək.Qeyd edək ki, Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.BAKU.WS

Oxşar xəbərlər

Lütfi Zadənin dəfn olunacağı yer məlum oldu

Lütfi Zadənin dəfn olunacağı yer məlum oldu

Görkəmli azərbaycanlı alim Lütfi Zadənin Bakıda dəfn olunacağı yer məlum olub.BAKU.WS APA-ya istinadən xəbər verir ki, Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunaca...

3478 Hadisə 10:32 11 sentyabr 2017

Son xəbərlər