Görkəmli alim Lütfi Zadənin cənazəsi dəfn edilməsi üçün vətənə gətirildi (VİDEO)

Görkəmli alim Lütfi Zadənin cənazəsi dəfn edilməsi üçün vətənə gətirildi (VİDEO)
Video
Video 3373
Dünya şöhrətli azərbaycanlı alim, professor Lütfi Zadənin cənazəsi Bakıya gətirilib.APA TV-nin məlumatına görə, alimin cənazəsini gətirən təyyarə gecə saat 01:00 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. Mərhum alimin cənazəsi onun yaxınları və elm xadimləri tərəfindən qarşılanıb. Xəbər verildiyi kimi, cənazə Heydər Məscidinə aparılıb, cənazə namazı da elə orada qılınacaq. Alimlə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) olacaq. Vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək. Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunacaq, Heydər Məscidində görkəmli alimin yas mərasimi də keçiriləcək. Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru, dünya şöhrətli alim Lütfi Zadə sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib. BAKU.WS

Oxşar xəbərlər

Lütfi Zadənin cənazəsi bu gecə Bakıya gətiriləcək - DƏFN PROQRAMI

Lütfi Zadənin cənazəsi bu gecə Bakıya gətiriləcək - DƏFN PROQRAMI

Dünya şöhrətli azərbaycanlı alim, professor Lütfi Zadənin cənazəsi bu gecə Bakıya gətiriləcək.BAKU.WS APA-ya istinadən xəbər verir ki, cənazə Heydər Məscidinə a...

2016 Şou-biznes 18:52 28 sentyabr 2017

Son xəbərlər