Lalə Azərtaş: "Həbsdə olan Təranə Səmədova çox çəki itirib"
Hazırda həbsdə olan prodüser Təranə Səmədovanın xeyli çəki itirdiyi bildirilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Təsir dairəsi" verilişinin aparıcısı Lalə Azərtaş deyib.
O prodüseri ötən gün baş tutan məhkəmə prosesində iştirak edib.
"Ali məhkmənin iclası oldu. Təranə Səmədova da iclasda iştirak edib. Amma iclas nəticəsiz qaldı və 2 həftə sonra yenidən məsələyə baxılacaq. Lakin Təranədən əsər-əlamət qalmayıb, çox çəki verib. Çox peşmandır və azadlıq eşqi ilə alışıb-yanır. Ona yaxınlaşıb söhbət etmək imkanımız olmadı. Ədalətli iclas idi. İnsan ümidsiz yaşaya bilməz. Suelin başını çiynimə qoyub göz yaşları ilə islatması ümid edirəm ki, hakimin gözündən yayınmayıb. Düzdür, qanun göz yaşlarına güzəştə getmir. Amma iki uşağın gələcəyinin nəzərə alınmasını istəyərdik. Ümid edirəm ki, iki həftə sonra Ali Məhkəmədən gülə-gülə çıxacağıq və Təranə azadlıqda olacaq".
Lalə Azərtaş onu da bildirib ki, Təranə Səmədovanın növbəti məhkəməsi iki həftə sonra olacaq.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il azadlıqdan məhrum edilib. Buna səbəb isə onun qeyri-rəsmi ər-arvad kimi yaşadığı Rasim Həsənovla birgə musiqiçi Abbas Səfərovun fotoşəkillərini əldə edib, onu yaymaqla hədələyib, pul alması olub. A.Səfərov müğənni Rəqsanə İsmayılovadan (hazırda həbsdədir - red.) pul alaraq, şikayət ərizəsini geri götürüb.
Oxşar xəbərlər
Gələn ildən 1 milyon 100 min nəfərin PENSİYASI BU QƏDƏR ARTACAQ
Gələn il Azərbaycanda 1 milyon 100 min vətəndaşın pensiyalarında artımlar olacaq. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü,...