Küləyə görə təxliyə edilən neftçilər iş yerinə qayıdıb

31
mar
2018
16:53
Hava şəraitinin kəskinləşməsi ilə bağlı neftçilərin təhlükəsizliyi məqsədi ilə martın 30-da SOCAR-ın estakada və dəniz özüllərindən təxliyyə edilmiş əməkdaşlar martın 31-də iş yerlərinə qaytarılmağa başlayıb.BAKU.WS “Azneft” İstehsalat Birliyinə istinadən bildirir ki, bu gün saat 12-dən etibarən şirkətin dəniz obyektlərində normal iş rejimi tədricən bərpa edilib, neftçilərin özüllərə qaytarılmasının təşkili üçün bütün lazımi tədbirlər görülüb. Hazırda dəniz neftçiləri normal iş rejimində fəaliyyətlərini davam etdirirlər.Xatırladaq ki, daha əvvəl martın 30 və 31-də açıq dənizdə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar SOCAR tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilib, 1000-dən çox işçi dəniz platformalarından təxliyə edilib, açıq havada aparılan işlərə, o cümlədən nəqliyyat və işçilərin estakada və dəniz özüllərində hərəkət etməsinə məhdudiyyət qoyulub.BAKU.WS
Oxşar xəbərlər
SOCAR hərəkətə keçdi - 1 000 nəfərdən çox neftçi təxliyyə edildi
Bu gün və sabah hava şəraitinin qeyri-sabit olması ilə əlaqədar dünən zəruri növbətçilərdən başqa, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəniz özüllərində ç...
