Dənizdə itkin düşmüş daha bir neftçinin meyiti tapıldı
 
                            
                            
                                22
                                avq
                            
                                2017
                                11:05
                            
                            
                        Dənizdə itkin düşmüş neftçilərdən birinin meyiti tapılıb.Axtarış-Xilasetmə Qərargahından trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarə olunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.Həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində avqustun 18-i saat 18:10-da Daş Zirə (köhnə Vulf adası) adasında aşkar edilən kişi meyitinin "Azneft" İB-nin N.Nərimanov adına Neftqazçıxarma İdarəsinin 1 saylı Neftqazçıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 4 yanvar 1979-cu il təvəllüdlü Əsədov Samir Atabala oğluna məxsus olduğu müəyyən edilib.Mərhumun meyiti ailəsinə təhvil veriləcək.BAKU.WS
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Xəzərdə kişi meyiti tapıldı - İtkin düşən neftçi ola bilər
"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında" A...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    