Jurnalistlər "SOCAR Karbamid" zavodunun istehsalat prosesi ilə tanış olub

Jurnalistlər SOCAR Karbamid zavodunun istehsalat prosesi ilə tanış olub
Foto
Sosial 55

Bu gün SOCAR-ın təşəbbüsü ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə "SOCAR Karbamid" zavoduna media-tur təşkil olunub.

BAKU.WS xəbər verir ki, otuza yaxın media qurumundan nümayəndələrin iştirak etdiyi turda ilk öncə SOCAR-ın Media, ictimaiyyətlə əlaqələr və kommunikasiya Departamentinin rəisi İlahə Novruzova media-tur iştirakçılarını salamlayaraq, Milli Mətbuat Günü ilə bağlı təbrik edib.

Departament rəisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı milli mətbuatın yaranmasının 150 illiyinin ölkəmizdə təntənəli şəkildə qeyd olunduğunu bildirib. Bu xüsusda, SOCAR-ın təşəbbüsü ilə "SOCAR Karbamid" zavoduna media-turun və bayram tədbirinin təşkil olunduğunu qeyd edib.

Media-tur iştirakçıları təhlükəsizlik qaydaları ilə tanış olduqdan sonra "SOCAR Karbamid" zavodunun "ağıllı kimya" və "açıq anbar" sahələrində olub, burada rəqəmsal texnologiyalardan istifadə olunmaqla həyata keçirilən istehsalat prosesi barədə məlumat əldə ediblər.

Zavodun baş texnoloqu Şöhrət Mirzəyev, baş metroloqun müavini İlkin Hacıyev tərəfindən media nümayəndələrinə zavodun ümumi fəaliyyəti, rəqəmsal transformasiya layihəsi, istehsalat  proseslərinin avtomatlaşdırılması üzrə görülən işlərə dair məlumat verilib, müvafiq təqdimat edilib.

Daha sonra media nümayəndələri muğam triosunun ifasında konsert proqramını izləyiblər.

Sonda media nümayəndələrinə xatirə hədiyyələri təqdim olunub, birgə foto çəkdirilib. 

Oxşar xəbərlər

Son xəbərlər