İrandan gətirilən ərzaq məhsullarının qiyməti nə qədər bahalaşıb?

İrandan gətirilən ərzaq məhsullarının qiyməti nə qədər bahalaşıb?
Açıqlama
Sosial 66

"Yaxın Şərqdə baş verən münaqişə və regiondakı iqtisadi vəziyyət Azərbaycanda İrandan idxal olunan bəzi ərzaq məhsullarının qiymətinə təsir göstərib. Son aylarda xüsusilə süd məhsulları və quru meyvələrdə nəzərəçarpacaq bahalaşma müşahidə olunur".

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, ən ciddi qiymət artımı kərə yağında qeydə alınıb. Əvvəllər təxminən 16-18 manat civarında satılan İran istehsalı kərə yağının qiyməti hazırda 22-23 manata qədər yüksəlib. Bu isə təxminən 30-35 faiz artım deməkdir.

V.Oruc qeyd edib ki, digər süd məhsullarında da oxşar dinamika müşahidə olunur:

"Məsələn, əvvəllər 7-7,5 manata satılan bəzi pendir növlərinin qiyməti artıq 10-10,5 manata çatıb. Qaymaq, şor və digər süd məhsullarında da orta hesabla 20-30 faiz bahalaşma müşahidə edilir.

Qiymət artımı yalnız süd məhsulları ilə məhdudlaşmır. Quru meyvələr və bəzi digər ərzaq məhsullarında da oxşar artım var. Bu bahalaşmaya həm regionda davam edən münaqişə, həm də Novruz və Ramazan bayramı ərəfəsində artan mövsümi tələbat təsir göstərib".

V.Orucun sözlərinə görə, bahalaşmanın əsas səbəbləri arasında logistika problemləri və İranda uzun müddətdir davam edən yüksək inflyasiya göstərilə bilər. Bu amillər idxal olunan məhsulların maya dəyərini artırır və nəticədə qiymətlər bazarda yüksəlir.

Orxan Hüseyn

Son xəbərlər