Hicran Hüseynova: “İndi qadın nə hala gəlib ki, yatan vaxtı kişinin başını kəsib”
"Arvadları tərəfindən kişinin döyülməsi ilə bağlı mənə 14 il də cəmi 2 dəfə müraciət edilib".
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova xanımlarının kişiləri döyməsi məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, birinci halda 85 yaşlı kişi onu 82 yaşlı həyat yoldaşı tərəfindən incitməsi ilə bağlı müraciət etmişdi:
"Deyir ki, onu arvadından xilas etsinlər. Sonra məsələ araşdırıldı və uşaqları da gəldi. Kişidə alzaymer xəstəliyinin ilkin əlamətləri var idi. İkinci halla təcridxanalarda olarkən rastlaşdım. Cavan və çox gözəl qadın idi, nə üçün burada olduğunu soruşdum. Dedilər ki, həyat yoldaşının başını kəsib. Araşdırdıq ki, kişi narkoman olub, içirdi, evə gəlib uşaqlara, xanıma qarşı yalnız zorakılıq deyil, başqa əməllər də edirdi.
İndi qadın nə hala gəlib ki, yatan vaxtı kişinin başını kəsib. Düzdür, bu halı müdafiə etmirik. Amma o ailədə artıq uşaqlar tək qaldı. Niyə vaxtında ailəyə kömək edilməyib, dəstək verilməyib ki, bu hadisəyə gəlib çıxılıb. Həmçinin qeyd edim ki, Azərbaycanda qadınların kişiləri döyməsi ilə bağlı çoxlu cinayət işinin açılması halı mövcud deyil".
Oxşar xəbərlər
Azərbaycanlı qadın məmur sakinlərlə görüşə helikopterlə gəldi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova sakinlərlə görüşə helikopterlə gedib. BAKU.WS “unikal.org”a istinadən xəbər verir...