Gəncədə qadın 1 ərini hamamda, 2-ni isə evdə saxlayır (VİDEO)
ARB TV-də yayımlanan "Çıxış Yolu Afət Rahilqızı ilə" verilişinə Gəncə şəhərindən müraciət daxil olub.
BAKU.WS xəbər verir ki, Qalib adlı şəxs əlil olan qardaşının həyat yoldaşı tərəfindən işgəncələrə məruz qaldığını bildirib. Çəkiliş qrupu hadisə yerinə yola düşüb. Məlum olub ki, ər və arvad artıq bir müddətdir ki, boşanıbar. Lakin ata yurdunu satdığı üçün ailə üzvlərinin üz çevirdiyi kişi bundan sonra köhnə hamamda yaşamağa məcbur olub. Vəziyyət o həddə çatıb ki, onun həyat yoldaşının evindəki hamamda məskunlaşan kişi burada ölümü gözlədiyini bildirib. Qadın isə artıq ikinci dəfə ailə qurduğunu, ərinin isə keçmiş həyat yoldaşının hamamda qalmasına etiraz etmədiyini söyləyib.
Qeyd edək ki, qadın keçmiş həyat yoldaşının pensiyasını da mənimsəyərək ona yalnız yemək veerməklə kifayətlənir. Hələ üstəlik onu istəsə bu hamamdan da çıxara biləcəyini söyləyən qadın, hazırda yaşadığı evi öz əziyyəti ilə tikdiyini əlavə edib. Kişi isə ata yurdunu həyat yoldaşı ilə birlikdə satdığını məhz buna görə də çöllərdə qaldğını bildirib.
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
“Hamamda lüt çimməyin, cinlər baxır” (VİDEO)
Türkiyədə Kerem Önder adlı din adamı qeydi-adi açıqlamaları ilə Türkiyə mətbuatının diqqətini çəkib. BAKU.WS xəbər verir ki, sözügedən şəxs hamamda çılpaq girm...