Həsən bəy Zərdabinin İçərişəhərdəki heykəlinin yerinin dəyişdirilməsi təklif olunur
Həsən bəy Zərdabinin İçərişəhərdəki heykəlinin yerinin dəyişdirilməsi təklif olunur.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu təkliflə Xalq yazıçısı Anar Milli Məclisdə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda çıxış edib.
Onun sözlərinə görə, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin binası İçərişəhərdə yerləşirdi və Həsən bəy Zərdabinin də heykəli onun qarşısında qoyulmuşdu:
"Ancaq indi həmin binanın birinci mərtbəsəi restorandır, nəticədə Zərdabinin heykəlinin orada yerləşməsi doğru görünmür. Ona görə də abidənin yerinin dəyişdirilməsini təklif edirəm. Çünki Azərbaycanda abidənin yerinin dəyişdirilməsi praktikası var".
Oxşar xəbərlər
Bakıda 24 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakının Təbriz küçəsində, metronin "Nəriman Nərimanov" stansiyasının ətrafında aparılan təmir işləri ilə əlaqədar 24 nömrəli müntəzəm marşrutun hərəkət sxemi də...