Gürcüstanın baş naziri koronavirusu "görünməz düşmən" adlandırıb
Gürcüstanın Baş naziri Giorgi Qaxaria koronavirusla mübarizəni "görünməz düşmənə qarşı müharibə" adlandırıb və ölkənin xəstəliyin sürətlə yayılması mərhələsinə keçdiyini bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə o, "İmedi" televiziyasına müsahibəsində danışıb.
"Bu, görünməyən düşmənlə müharibədir. Dövlətin, vətəndaş sektorunun və cəmiyyətin birliyi olmadan heç kimin buna qalib gəlmək şansı yoxdur. Bizim əsas vəzifəmiz koronavirusun yayılma zirvəsinin qarşısını almaqdır", -d eyə Giorgi Qaxaria qeyd edib.
Qeyd edək ki, Gürcüstan hakimiyyəti koronavirusun yayılması ilə əlaqədar aprelin 21-dək fövqəladə vəziyyət elan edib və bazar ertəsi səhər 9-dan səhər 6-dək ümumi karantin və komendant saatı tətbiq edib.
İctimai nəqliyyatda, o cümlədən metroda sərnişinlərin kütləvi daşınmaması ilə bağlı məhdudiyyət qoyulub. 70 yaşdan yuxarı insanlar ən yaxın ərzaq mağazası və ya aptekə getməkdən başqa məqsədlə evlərini tərk edə bilməzlər. Ölkənin böyük şəhərlərində hərbi keçid məntəqələri qurulub.
Oxşar xəbərlər
Gürcüstan əhalisinin bir hissəsi üç ay ərzində işıq və qaz üçün pul ödəməyəcək - RƏSMİ
Gürcüstanda 200 kilovat-dan az elektrik enerjisi və 200 m3-dən az təbii qaz istehlak edən bütün abonentlərin borcu üç ay dövlət tərəfindən ödəniləcək. BAKU.WS x...