Gürcüstanın baş naziri ölkə əhalisini evdən çıxmamağa çağırıb
19
mar
2020
22:41
Gürcüstanın baş naziri Giorgi Qaxaria ölkə əhalisini ciddi zərurət halları istisna olmaqla evdən çıxmamağa çağırıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu çağırışla o, xüsusi brifinqdə çıxış edib.
Hökumət başçısının sözlərinə görə, 70-dən yuxarı yaşı olan şəxslərin evdə qalması xüsusən vacibdir: “Gürcüstan Poçtu vətəndaşlara bütün lazımi xidmətləri göstərəcək”.
G.Qaxaria ölkə sakinlərinə cansağlığı arzulayıb və qeyd edib ki, qlobal çağırışa tərəfdaş və dost ölkələrlə birgə cavab veriləcək.
Oxşar xəbərlər
Çinin müvəqqəti işlər vəkili koronavirusdan yazdı
Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Li Cinsonq “Epidemiyadan sonra bahar gələcək” sərlövhəli məqalə hazırl...