Gürcüstan əhalisinin bir hissəsi üç ay ərzində işıq və qaz üçün pul ödəməyəcək - RƏSMİ
Gürcüstanda 200 kilovat-dan az elektrik enerjisi və 200 m3-dən az təbii qaz istehlak edən bütün abonentlərin borcu üç ay dövlət tərəfindən ödəniləcək.
BAKU.WS xəbər verir ki, bu barədə ictimaiyyətə ölkənin Baş naziri Giorgi Qaxaria məlumat verib.
"Buraya zibil toplama və su xərcləri daxildir. Bu yardım hər bir vətəndaşa aiddir. Ancaq başa düşürük ki, bu kifayət deyil", - deyə Giorgi Qaxaria bildirib.
O, koronavirus pandemiyasının iqtisadiyyata ağır zərbə vurduğunu, gələcəkdə iş itkisinə səbəb ola biləcəyini də qeyd edib: "Hökumət də öz növbəsində əhalini qorumaq üçün əlindən gələni edəcək".
Baş nazirin sözlərinə görə, hökumət kimin işini itirdiyini aşkarlayacaq və bundan sonra bu insanlara kömək üçün xüsusi tədbirlər görəcək.
Oxşar xəbərlər
Ermənistanda koronavirusa yoluxanların sayı artır - Qonşu ölkələrdə son durum
Ermənistanda koronavirusa yoluxanlarn sayı 571 nəfərə çatıb. BAKU.WS xəbər verir ki, ölkədə sutka ərzində daha 39 nəfər virusa yoluxub. Ölkə üzrə pandemiyadan...