Gürcüstanda fövqəladə vəziyyətin müddəti uzadıldı - 4 böyük şəhərə giriş-çıxış bağlandı
14
apr
2020
23:22
Gürcüstanda koronavirusa görə fövqəladə vəziyyətin müddəti uzadılıb.
BAKU.WS-in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu müddət mayın 10-dək uzadılıb.
Bunu ölkənin baş naziri Georgi Qaxariya deyib. Həmçinin Gürcüstanın 4 böyük şəhəri - Tbilisi, Rustavi, Batumi və Kutaisiyə aprelin 15-i saat 21:00-dan giriş-çıxış bağlanacaq.
Qeyd edək ki, Gürcüstanda 296 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb.
Oxşar xəbərlər
Türkiyədə Daxili İşlər nazirin istefasına səbəb olan 48 saatlıq qadağanın PƏRDƏ ARXASI
Komendant saatı gecə saat 00.00-da başa çatdı. 64 milyon insana aid olan 48 saatlıq qadağa sərəncamına qədər, 3 apreldə 20 yaşa qədər şəxslərin çölə çıxmasına m...