ÜST: Dünyada 634 mindən çox insan koronavirusa yoluxub
29 mart tarixi, Cenevrə vaxtı ilə saat 10:00-a (Bakı vaxtı 13:00) olan məlumata görə, dünyada 634 835 nəfər yeni növ koronavirusa yoluxub, 29 957 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib.
BAKU.WS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı özünün gündəlik bülletenində məlumat yayıb.
Açıqlanan statistikaya əsasən, son gün ərzində 63 mindən çox insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 3464 nəfər artıb. Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 361 031 yoluxma və 21 493 ölüm. Sutka ərzində burada yoluxanların sayı 36 688, ölənlərin sayı isə 2753 nəfər artıb.
Şimali və Cənubi Amerikada ümumilikdə 120 798 nəfər koronavirusa yoluxub, 1973 nəfər ölüb.
Yoluxma görə üçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Qərbi Sakit okean bölgəsi tutur. Martın 29-na olan məlumata görə, burada 102 803 yoluxma, 3626 ölüm faktı qeydə alınıb.
ÜST-ün ölkə üzrə yayılma cədvəlinə görə, ən çox yoluxanlar ABŞ-dadır – 103 321 nəfər. Bunun ardınca İtaliya (92 472), Çin (82 356), İspaniya (72 248) və Almaniya (52 547) gəlir.
Oxşar xəbərlər
Dünyada koronavirusa yoluxanların sayı 509 min nəfəri keçdi
Dünyada koronavirus qurbanlarının sayı 23 335 nəfərə çatıb. “Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir. Məlumata g...