Azərbaycanın bəzi rayonlarında küləyin sürəti 28 m/s-yə çatır - FAKTİKİ HAVA
Ölkə ərazisinin bəzi yerlərində noyabrın 5-i saat 15:00-a olan məlumata əsasən küləkli hava şəraiti davam edir.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edillib ki, şimal-qərb küləyi arabir Balakəndə 28 m/s, Mingəçevir, Şəkidə 25 m/s, İsmayıllı, Tərtər, Göyçayda 22 m/-ə çatır. Bu narıncı xəbərdarlığa uyğundur.
Bakıda və Abşeron yarımadasında 20 m/s, eyni zamanda Neftçalada 20 m/s, Lerik, Ağdam, Zaqatalada 18 m/s, Ceyrançöldə 16 m/s təşkil edir. Bu isə sarı xəbərdarlıq deməkdir.
12:54***14:11
Noyabrın 5-i saat 12:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında və Kəlbəcərdə 22 m/s-yə çatır. Bu narıncı xəbərdarlığa uyğundur.
Şəki, Şamaxı, Tovuzda 20 m/s, Goranboyda 19 m/s, Naftalan, Daşkəsən, Balakəndə 18 m/s, Tərtərdə 16 m/s, Zaqatalada 15 m/s təşkil edir. Bu isə sarı xəbərdarlıq deməkdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 9, Aran rayonlarında 14, dağlıq rayonlarda 5 dərəcəyədək isti qeydə alınıb.
Oxşar xəbərlər
TƏBİB sədri: Yaralılar müayinələri tam bitəndən sonra stasionar xəstəxanaya qəbul olunacaqlar
Yaralıların müayinələri davam edir. Müayinələr tam bitəndən sonra stasionar xəstəxanaya qəbul olunacaqlar. BAKU.WS "Baku TV"yə istinadən xəbər verir ki, bunu TƏ...