Gömrükdən əhaliyə qadağa: ərzaq, siqaret, qızıl...
Bu gündən etibarən Azərbaycanın gömrük sərhəddindən keçirilən siqaret, qızıl və almazla bağlı zaman məhdudiyyəti tətbiq olunacaq.
BAKU.WS-in "Report”-a istinadən xəbərinə görə, Nazirlər Kabinetinin avqustun 8-də qüvvəyə minən "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dəyişikliyə əsasən, aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün keçirilən 3 litr alkoqollu içki, 600 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.
Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların siyahısında nəzərdə tutulan qiymətli metallar və qiymətli daşlarla bağlı 1 500 ABŞ dolları ekvivalenti ləğv olunub.
Bundan əvvəl zaman məhdudiyyəti tətbiq olunmayıb.
Bundan başqa, əvvəllər gömrük sərhəddindən 10 kiloqrama qədər ərzaq məhsulları zaman məhdudiyyəti qoyulmadan keçirilirdisə, indi hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları keçirilə bilər.
Gömrük sərhəddindən keçirilən mallar müəyyən edilmiş hədlərdən artıq olmamalıdır. Əks halda, ümumi gömrük dəyərindən müvafiq yarımbəndlərdə göstərilən məbləğlər çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada həyata keçiriləcək.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycana gələn avtomobillər üçün yeni qaydalar qüvvəyə mindi
Azərbaycanın gömrük sərhədindən keçirilən avtomobillərlə bağlı yeni qayda qüvvəyə minib. BAKU.WS Report-a istinadən xəbər verir ki, Nazirlər Kabineti "Fiziki ş...