Gömrük-keçid məntəqələrində sıxlıq yaranması barədə məlumatlara rəsmi aydınlıq gətirildi

Gömrük-keçid məntəqələrində sıxlıq yaranması barədə məlumatlara rəsmi aydınlıq gətirildi
Sosial 1669

Son dövrlər müxtəlif kütləvi informasiya vasitələrində ölkənin gömrük-keçid məntəqələrində sıxlıq yaranması barədə məlumatlar yayılır. Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, gömrük-keçid məntəqələrinin əsas təyinatı sərhədkeçmə prosesində insanların rahat, təhlükəsiz və sürətli keçidini təmin etməkdən ibarətdir. Lakin, bu məntəqələrdən keçən vətəndaşların sayı bəzən normadan 2-3 dəfə çox olur. Belə ki, xarici ölkələrə mütəmadi olaraq səyahət edən bir qrup şəxs əksər hallarda gömrük sərhədini kommersiya məqsədilə tez-tez keçirlər. Əsasən xirda ticarətlə məşğul olan bu şəxslərin kommersiya məqsədilə gətirdikləri malları özlərinin şəxsi istehlak məhsulları kimi təqdim edərək, gömrük vergi və rüsumlarından yayındırmaqla keçirməyə çalışmaları gömrük-keçid məntəqələrində gərgin iş rejiminə, yoxlamalara, əlavə vaxt sərf olunmasına və nəticədə də bəzən nisbi sıxlıqların yaranmasına səbəb olur. Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçünnəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalari”nın 2.1.11-ci maddəsinə əsasən fiziki şəxslər şəxsi istifadəsi üçün gömrük sərhədindən 10 kiloqrama qədər ərzaq məhsullarını (nərə cinsli balıq istisna olmaqla) hər hansı rüsum ödəmədən keçirə bilərlər. Ziya Babayev

BAKU.WS

Son xəbərlər