Azərbaycana silah gətirmək qaydaları dəyişdi
Azərbaycan Nazirlər Kabineti "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib.
BAKU.WS xəbər verir ki, Nazirlər Kabineti indiyədək xidməti və mülki silah, həmçinin onların döyüş sursatlarının sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilməsinə və beynəlxalq poçt göndərişləri vasitəsilə alınmasına görə yalnız Daxili İşlər Nazirliyinin xüsusi icazəsi təqdim edilməli idi.
Yeni qərara əsasən isə Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikasına səfərləri zamanı xarici dövlət və hökumət başçılarını, onların ailə üzvlərini, beynəlxalq təşkilatların rəhbərlərini, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların vəzifəli şəxslərini müşayiət edən həmin dövlətlərin və təşkilatların mühafizə xidmətlərinin əməkdaşları tərəfindən öz xidməti vəzifələrini icra etmək məqsədi ilə xidməti silahın və onun döyüş sursatının Azərbaycana gətirilməsinə və Azərbaycandan aparılmasına münasibətdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin xüsusi icazəsi təqdim edilməklə, xidməti və mülki silah, həmçinin onların döyüş sursatları sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilən və beynəlxalq poçt göndərişləri vasitəsilə alınan (göndərilən) mallar siyahısına daxil olacaq.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda internetdən alınan mallara limit qoyula bilər
Dövlət Gömrük Komitəsi (DGK) beynəlxalq poçt göndərişləri vasitəsilə malların rüsumsuz idxalı üzrə limiti azaltmağı təklif edir. BAKU.WS-in Trend-ə istinadla v...