Esvatini Kralı Bakı Ali Neft Məktəbində olub
Esvatini Kralı III Msvatinin başçılıq etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbinİ (BANM) ziyarət edib.
BAKU.WS xəbər verir ki, qonaq əvvəlcə BANM-in kampusu, müasir tədris infrastrukturu, laboratoriyaları və tələbələr üçün yaradılmış innovativ təhsil mühiti ilə tanış olub.
BANM-in rektoru Elmar Qasımov Kral III Msvatiyə Ali Məktəbin fəaliyyəti, beynəlxalq əməkdaşlıqları, təhsil proqramları və tələbələrin əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib.
Daha sonra qonaq BANM-in tələbə və əməkdaşları ilə görüşüb.
Görüşdə çıxış edən E.Qasımov bu görüşün Ali Məktəb üçün tarixi əhəmiyyət kəsb etdiyini bildirib.
III Msvati çıxışında BANM-in müasir infrastrukturu və innovativ tədris mühitini yüksək qiymətləndirib. O, gələcəkdə Esvatinidən olan tələbələrin də Ali Məktəbdə təhsil almalarının vacibliyini vurğulayaraq bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Görüşün yekununda III Msvatiyə BANM-in "Fəxri qonaq" diplomu təqdim olunub.
Daha sonra Esvatini Kralı Ali Məktəbin xatirə kitabına təəssüratlarını yazıb.
Qalereya
Oxşar xəbərlər
Yağış yağır, küçə keçilməz olur: Mingəçevirdə 20 illik problem
Mingəçevir şəhərinin Həsənağa Turabov küçəsinin sakinləri yollarının bərbad vəziyyətdə olmasından şikayətçidirlər. Sakinlər son aylar yağan güclü yağışlardan so...