Erkən nikahla bağlı qanunvericilik sərtləşdirilə bilər

Erkən nikahla bağlı qanunvericilik sərtləşdirilə bilər
Sosial 104

Milli Məclisdə erkən nikahla bağlı qanunvericiliyin sərtləşdirilməsi təklif olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü İlham Məmmədov komitənin bugünkü iclasında belə təkliflə çıxış edib.

O qeyd edib ki, erkən yaşda qızların ərə verilməsi son aylar bir neçə dəfə təkrarlanıb:

"Qanunda bununla bağlı nəzərdə tutulan məsuliyyət var. Bəlkə buna yenidən baxaraq ya sərtləşdirək, ya da başqa formasını işləyib hazırlayaq?"

Deputat həmçinin təklif edib ki, erkən yaşda qızların ərə verilməsinə meyilli olan bölgələrdə profilaktik tədbirlər aparılması üçün işlər görülməlidir.

Komitə sədri Hicran Hüseynova isə deputata cavabında vurğulayıb ki, bəhs olunan sahədə problemlər mövcuddur:

"Erkən nikah problemini müzakirə edib, qanunları sərtləşdirmək haqda düşünə bilərik".

Oxşar xəbərlər

Bakıda Zəfər Günü ilə bağlı atəşfəşanlıq keçirilib

Bakıda Zəfər Günü ilə bağlı atəşfəşanlıq keçirilib

Bakıda 8 Noyabr - Zəfərin beşinci ildönümünə həsr olunmuş atəşfəşanlıq keçirilib. BAKU.WS report-a istinadən xəbər verir ki, Zəfər Günü ölkəmizin bütün bölgələr...

3105 Sosial 23:10 08 noyabr 2025

Son xəbərlər