Elmar Vəliyevdən son xəbər - İşə çıxacağı gözlənilir
07
avq
2018
23:22
"Gəncənin icra başçısı Elmar Vəliyevin səhhəti normallaşıb. Artıq heç bir ciddi problemi yoxdur. Müəyyən reabilitasiya işləri aparılır. Daha ətraflı məlumatı həkimi verə bilər. Əsas odur ki, səhhəti yaxşıdır, qənaətbəxşdir".BAKU.WS modern.az-a istinadən bildirir ki, bu barədə Gəncədəki mənbə məlumat verib.Mənbə Elmar Vəliyevin işə çıxacağını desə də, bununla bağlı dəqiq tarix söyləməyib."Güman ki, Elmar Vəliyev yaxın vaxtlarda işə çıxacaq. Bu, planlaşdırılır. Amma hələ ki, işə çıxacağı tarix dəqiqləşməyib. Gəncə Şəhər İcra Hakimiyyətinə hazırda başçının birinci müavini rəhbərlik edir".Xatırladaq ki, iyulun 3-də Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, cinayəti törədən 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov tutularaq, tərksilah edilib.Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.Cinayət işilə bağlı həbs olunan və müqavimət göstərdiyi üçün məhv edilənlər var.BAKU.WS
Oxşar xəbərlər
İcra başçısı Elmar Vəliyevdən YENİ XƏBƏR
“Gəncənin icra başçısı Elmar Vəliyevin səhhəti normaldır. Heç bir ciddi problemi yoxdur. Müəyyən reablititasiya işləri aparılır. Daha ətraflı məlumatı həkimi ve...