İcra başçısı ilə birlikdə güllələnən mühafizəçidən xəbər var
18
iyl
2018
11:38
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin mühafizəçisi Qasım Aşbazovun səhhəti tam normallaşıb.BAKU.WS xəbər verir ki, bunu modern.az-a açıqlamasında Gəncə Beynəlxalq Hospitalından bildiriblər.Qeyd olunub ki, Q.Aşbazov hazırda Gəncədəki evindədir: "Müayinə üçün Bakıdakı Dünya Göz Xəstəxanasına müraciət etmişdi. Hazırda Gəncədədir. Aldığı güllə yarasından gözünün altında şişkinlik qalıb, görməsində heç bir problem yoxdur. O da bir müddət sonra keçəcək”.Xəstəxanadan onu da bildiriblər ki, Qasım Aşbazovun ümumi vəziyyətinin müayinə olunması üçün xarici ölkələrdən birinə göndəriləcəyi gözlənilir: "Nəticə etibarilə bir mühafizəçi olaraq həyat qurtarıb. Onun sayəsində özü də, başçı da həyatdadır”.Xatırladaq ki, iyulun 3-də Gəncə şərinin icra başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.BAKU.WS
Oxşar xəbərlər
Elmar Vəliyevin güllələnən mühafizəçisi Bakıya gətirildi
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin mühafizəçisi Qasım Aşbazov Bakıya gətirilib.BAKU.WS xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata gö...