Gəncə hadisələrinə görə şəhər İcra Hakimiyyətində iclas keçirilir
11
iyl
2018
10:50
Hazırda Gəncə Şəhər İcra Hakimiyyətində başçınını I müavini Elnur Rzayevin sədrliyi geniş iclas keçirilir.İcra Hakimiyyətindən Modern.az-a daxil olan məlumata görə, şəhərdə asayiş tam bərpa olunub:“Hər kəs gündəlik həyatına davam edir, İcra Hakimiyyətinin bütün əməkdaşları işlərinin başındadır”.Eyni zamanda, İcra Hakimiyyətindən başçı Elmar Vəliyevin səhhətinin yaxşı olduğu açıqlanıb. Xatırladaq ki, 3 iyul, saat 20:30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, cinayəti törədən 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov tutularaq, tərksilah edilib. Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb.Hadisələrin davamı olaraq, iyulun 10-da, saat 20 radələrində bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi pozmağa cəhd göstəriblər.Xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Elmar Vəliyevin səhhəti ilə bağlı yeni məlumat
"Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin səhhəti normaldır və müalicəsini davam etdirir”.BAKU.WS xəbər verir ki, bunu azvision.az-a açıqlamasınd...