Elmar Vəliyevin səhhəti ilə bağlı yeni məlumat
09
iyl
2018
16:17
"Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin səhhəti normaldır və müalicəsini davam etdirir”.BAKU.WS xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev bildirib.Millət vəkili mütəmadi olaraq E.Vəliyevin səhhəti ilə maraqlandığını deyib: "Hazırda müalicə davam edir. Elmar müəllim qısa müddətdə işə qayıdacaq”Qeyd edək ki, Yunis Səfərov adlı şəxs iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.Hüquq-mühafizə orqanlarının birgə məlumatında fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayəti məqsədyönlü şəkildə həyata keçirdiyi, əvvəlcədən planlaşdırılmış terror aktı olduğu qeyd edilib.BAKU.WS
Oxşar xəbərlər
Elmar Vəliyevin güllələnən mühafizəçisi ilə bağlı AÇIQLAMA
Hazırda Gəncə Beynəlxalq Hospitalında müalicə alan şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin mühafizəçisi Qasım Aşbazov gələn həftə evə buraxılacaq.BAKU...