Azərbaycanda əlilliyə görə müavinətlərin artacağı məlum oldu
Əlilliyə görə verilən müavinətlər artırılacaq.
BAKU.WS xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, dövlət büdcəsindən əlilliyi olan vətəndaşlara iki istiqamətdə ödənişlər həyata keçirilir.
Bunlardan biri əlilliyə görə pensiya, digəri isə müavinətdir. Əlilliyə görə pensiyalar yanvardan artırılıb və artımlar fevral ayında ödənilir. Əlilliyə görə verilən müavinətin artırılması üçün isə təkliflər təqdim edilib.
Artımların hansı istiqamətdə və nə qədər olacağı isə Nazirlər Kabineti təklifləri təqdim etdikdən sonra bilinəcək.
Bir sözlə, növbəti mərhlədə sosial müavinətlər və təqaüdlərin artımı müşahidə ediləcək.
Oxşar xəbərlər
Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin növbəti ildönümüdür....