Dövlət Xidməti "Telegram"a hücumları araşdırır
Yeniliklərdən dərhal xəbərdar olun
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərverici Analizi Laboratoriyası (MRLab) "Telegram" mesajlaşma tətbiqi üzərindən həyata keçirilən yeni kiberhücum dalğası ilə bağlı araşdırmaya başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
Hazırda kibercinayətkarların müəyyənləşdirilməsi, həmçinin insidentlərin miqyası və təsirinin qiymətləndirilməsi istiqamətində tədqiqat işləri davam etdirilir.
İlkin araşdırma nəticələri ilə bağlı Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) saytında tanış olmaq mümkündür.
Oxşar xəbərlər
11 bölgədə modul tipli məktəblər quraşdırılacaq - 6,7 milyonluq LAYİHƏ
Azərbaycanda təhsil infrastrukturunun genişləndirilməsi istiqamətində daha bir layihənin həyata keçirilməsi nəzərdə tutulur. Respublika üzrə 11 ədəd modul tipli...