Dövlət Xidməti qlobal elektron poçt sistemində boşluqlar aşkar edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti "GFI KerioConnect" qlobal elektron poçt sistemində istifadəçi interfeysi və sənəd emalı funksionallıqlarına uzaqdan müdaxiləyə imkan verən üç boşluq – CVE-2025-2975, CVE-2025-2976 və CVE-2025-2977 – aşkar edib.
BAKU.WS quruma istinadən xəbər verir ki, aşkar edilmiş boşluqlar rəsmi olaraq təsdiqlənib, ABŞ-ın Milli Standartlar və Texnologiya İnstitutu (nist.gov) onları eyni adlı (CVE-2025-2975, CVE-2025-2976 və CVE-2025-2977) identifikasiya kodları ilə Milli Zəifliklər Verilənlər Bazasında (NVD) qeydiyyata alıb.
Sözügüdən boşluqlar barədə qlobal elektron poçt xidmətinin təminatçısı, ABŞ-ın Texas ştatında yerləşən proqram təminatı şirkəti GFI Software məlumatlandırılıb.
Xatırladaq ki, 1992-ci ildən fəaliyyət göstərən və ABŞ, Böyük Britaniya, Almaniya, Çexiya və digər ölkələrdə ofisləri olan şirkətin məhsulları dünya üzrə 60 000-dən çox təşkilat və müəssisə tərəfindən istifadə olunur.
https://nvd.nist.gov/vuln/detail/CVE-2025-2975
Oxşar xəbərlər
Beş və daha çox uşaqlı 3 minə yaxın qadın sosial müavinət alır
Azərbaycanda hazırda beşdən çox uşağı olan qadın kimi sosial müavinət alan qadınların sayı 2 849 nəfər təşkil edir. BAKU.WS xəbər verir ki, bu barədə "Report"un...
