Dövlət Xidməti: Fasilə "AzStateNet" şəbəkəsinə və gov.az domenlərinə təsir etməyib
"Cloudflare" antiddos xidmətindən istifadə edən bəzi informasiya ehtiyatlarının fəaliyyətindəki fasilənin "AzStateNet" şəbəkəsinə və GOV.AZ zonası domenlərinə hər hansı təsiri qeydə alınmayıb.
BAKU.WS xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bəyan edub.
"Təhlükəsizliyini təmin etdiyimiz dövlət informasiya ehtiyatları və "AzstateNet" şəbəkəsi lokal mühafizə sistemləri ilə təmin edilərək 24/7 monitorinq olunur. "Cloudflare" kimi xarici xidmət operatorlarından istifadə edən və trafiki xaricə yönəldilmiş informasiya ehtiyatları sahiblərinə trafik axının ölkə xaricinə daşınmasının təhlükəli tərəfləri və mümkün risklərinin nəzərə alınması tövsiyə edilir" - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Siqaret çəkənləri bu cərimələr gözləyir - 30 manatdan 700 manatadək...
Siqaret çəkənləri hansı hallarda cərimə gözləyir? Qadağan olunan yerlərlə bağlı VACİB MƏQAMLAR Azərbaycanda tütün məmulatlarından istifadəyə bir sıra ictimai və...