DİN tədbirləri davam etdirir: Silah-sursat təhvil verildi
29
noy
2023
19:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində bir nəfər rayon sakini qanunsuz olaraq saxladığı bir ədəd "Karabin" markalı odlu silahı və 412 ədəd patronu könüllü olaraq polis əməkdaşlarına təhvil verib.
Faktla bağlı araşdırmalar aparılır.
Oxşar xəbərlər
Bakıda bu qədər silah haradandır? - Artan kriminal hallarla bağlı polis rəisindən AÇIQLAMA
Azərbaycanda silahlı basqın və odlu silahla törədilən cinayətlərin sayının artdığı müşahidə olunur. Bu da İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan silah...