Diqqət! “BakıKart”dan pullar silinir

Diqqət! “BakıKart”dan pullar silinir
Sosial 2726

Son günlər "BakıKart”dan istifadə edənlər yüklədikləri pulların birdən silindiyindən şikayət edirlər.

BAKU.WS-ə edilən şikayətçilər bildirirlər ki, dəfələrlə karta pul yükləyiblər və həmin məbləğdən lazım qədər istifadə etməmiş pullar silinib. Paytaxt sakini Cavid Babayev bildirib ki, bir neçə dəfə "BakıKart”a 1 manat yükləyib. Lakin 3 dəfə gedəndən sonra həmin kartda pul qalmayıb. "Belə hallar bir neçə dəfə təkrarlanıb. Kart 2-3 manatımı belə "yeyib”. Hər dəfə qəpik-qəpik itirmişəm”, - deyə Cavid Babayev bildirib. Bəzi sərnişinlər isə əksinə karta gediş yüklənərkən artıq məbləğ vurulduğunu bildirilər. Bəzən 1 manat yükləyərkən karta 1-2 manat əlavə yüklənib. Məsələyə aydınlıq gətirmək üçün "BakıKart”la əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirdilər ki, həqiqətən də sistemdə problem yaşanır. Bəzən artıq pul yüklənir, bəzən isə məbləğdən əsassız yerə çıxılır. "Belə olanda mütləq bizim müştəri xidmətlərinə müraciət etsinlər. Metronun "28 may” stansiyasının girişində müştəri xidmətinə gedib kartı təqdim etsinlər və itən pullarını yenidən geri qaytarsınlar”, - deyə şirkətdən bildirdilər. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

“BakuBus” avtobuslarında kart probleminə son qoyulur

“BakuBus” avtobuslarında kart probleminə son qoyulur

Bakıda xidmət göstərən "BakuBus” avtobuslarında gedişhaqqı "BakıKart” vasitəsilə ödənilir. Bu da bəzən vətəndaşlar arasında problem yaradır. Çünki hələ çox insa...

1920 Sosial 14:24 07 oktyabr 2015

Son xəbərlər