DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı xəbərdarlıq edib
Sosial şəbəkələrdə saxta elan və səhifələr vasitəsilə vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi halları müşahidə olunur.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, saxta səhifələrdə müxtəlif məsələlərin həlli, hesabların izlənilməsi və ya ələ keçirilməsi, silinmiş yazışmaların bərpası, "xaker" və digər rəqəmsal xidmətlər təklif olunur. Ödəniş alındıqdan sonra isə xidmət göstərilmir və ya şəxsi və bank məlumatlarının ələ keçirilməsinə cəhd edilir.
Vətəndaşlara belə xidmət təkliflərinin etibarlılığını əvvəlcədən yoxlamaq, tanımadıqları şəxslərə ödəniş etməmək və şəxsi məlumatlarını paylaşmamaq tövsiyə olunur.
Şübhəli hallarla qarşılaşdıqda DİN-in "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edin.
Oxşar xəbərlər
AZAL sərnişinlərə müraciət edib
"Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlərə müraciət edib. BAKU.WS xəbər verir ki, müraciətdə deyilir: Səyahət planları hər zaman gözlənildiyi kimi davam...