Deputatlar bu gün növbədənkənar iclasa toplaşır - Gündəlikdə 36 məsələ var

Deputatlar bu gün növbədənkənar iclasa toplaşır - Gündəlikdə 36 məsələ var
Sosial 541
Bu gün Milli Məclisin növbədənkənar iki günlük plenar iclası başlayacaq.BAKU.WS xəbər verir ki, bu gün deputatlar "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə məsələni müzakirə edəcəklər.Sabah isə "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında", "Hesablama Palatası haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Dövlət rüsumu haqqında", "Yol hərəkəti haqqında", "Milli arxiv fondu haqqında", "Avtomobil yolları haqqında", "Mədəniyyət haqqında" və digər qanunlara, o cümlədən Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin müzakirə edilməsiu nəzərdə tutulub.Ümumilik iclasın gündəliyinə 36 məsələ daxil edilib.

Oxşar xəbərlər

Son xəbərlər